29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Real" dünyanın ən yaxşı klubudu"

“Real”ın qapıçısı Tibo Kurtua “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin özü və komanda yoldaşı Luka Modriç haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, belçikalı qolkiper argentinalı çalışdırıcının azarkeşlər arasında populyarlaşmaq üçün “kral klubu”nu tənqid etdiyini söyləyib:
 
“Simeone həmişə bu yola əl atır. “Real”a sözlə hücuma keçir, çünki, bu, dünyanın ən yaxşı klubudur. Simeone azarkeşlər arasında populyarlaşmaq üçün “kral klubu”nu tənqid edir.
 
Dünyanın ən yaxşı qapıçısı mükafatının “Real”la heç bir bağlılığı yoxdur. Simeone deyir ki, “Real”da oynadığım üçün bu ada layiq görülmüşəm. Amma dünya çempionatı vaxtı mən hələ “Çelsi”nin qapıçısı idim. Ən yaxşı qapıçı nominasiyası üzrə səsvermə isə iyulda keçirilib”. 
 
Simeone mətbuata açıqlamasında “Qızıl top”u Modriç deyil, Antuan Qrizmannın almalı olduğunu söyləyib.
 
Təcrübəli mütəxəssis Kurtuanın dünyanın ən yaxşı qapıçısı tituluna sahib çıxmasını isə onun “Real”da oynaması ilə əlaqələndirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31