19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Qarabağ"a hörmətlə yanaşırıq"

"Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin "Qarabağ"a hörmətlə yanaşırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Ağdam klubu ilə görüşdə daha çox gənc futbolçulara şans vercəyini bildirib: "Bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Loran Koselini də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu "Sautgempton"la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək".

Emeri komandanın liderlərindən olan Məsut Özilin sabahkı görüşdə meydanda olacağını da qeyd edib: "Özil komanda ilə birlikdədir. 18-likdə yer alacaq. Ancaq meydana ilk dəqiqədən və ya sonra daxil olacağına qərar verəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30