18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Slovakiyalı: "Azərbaycan və Lixtenşteyni məğlub etməliyik"

"Qrupumuzda yer alan Fransanın əsas millisi sonuncu dünya çempionudur. Bu rəqiblə eyni səviyyədə maraqlı oyunlarımız olacaq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Kristian Herts ölkəsinin milli assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.
 
Yerli "Dunayska-Streda” komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini hər iki oyunda məğlub etməli olduqlarını söyləyib. Müqavilə üzrə İngiltərənin "Vulverhempton” klubuna məxsus olan futbolçu qrupdan çıxmaq üçün Fransa və İsveçrə ilə mübarizə aparacaqlarını vurğulayıb: "İsveçrə də yaxşı rəqibdir. Onların futbolu son illərdə sıçrayış edib. Bu, ölkənin əsas yığmasının nəticələrində də əksini tapıb. Digər komandalar bizim üçün bəlli deyil. Gürcüstan, Azərbaycan və Lixtenşteyni hər iki matçda məğlub etməliyik. Final mərhələsinə vəsiqə qazanmaq üçün Fransa və İsveçrə ilə mübarizə aparmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30