29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Xarici futbol

Emeri: "Qarabağ"la oyunda gənclərə üstünlük verəcəm"

“Komandamızın bugünkü performansını bəyəndim.  Meydana az çıxan futbolçulara şans vermək baxımından bu oyun önəmli idi”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Vorskla”ya qəlib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib. London klubunun qollarından ikisini gənc futbolçular - 18 yaşlı Smit Rou və 19 yaşlı Co Uillok vurub.
 
Emeri gənclərin çıxışından razı qaldığını və “Qarabağ”la keçiriləcək qrupun son matçında onlara yenidən şans verəcəyini bildirib. “Bu oyunda müntəzəm bizimlə məşq edən gəncləri sınadım. Emil Smit-Rou artıq məsuliyyət dərk edir, oyunu öz üzərinə götürməyi bacarır. O, digər gənclərə örnəkdir. Qrup mərhələsini lider kimi də başa vura bilərik, 2-ci yerlə də. Ancaq “Qarabağ”la matçda da gənclərə şans verəcəm.  Oyun qrafikimiz sıxdır. Ona görə də bütün futbolçularımıza şans vermək lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31