20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Ronaldo ÇL-da 100-cü qələbəsini qazanan ilk futbolçu oldu

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini əldə edib.
 
Futbolxeber.az saytının məlumatına görə, yubiley qalibiyyəti "Valensiya" ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. Portuqaliyalı hücumçu belə göstəriciyə imza atan ilk oyunçu olub. "Yarasalar"la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib.
 
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib. Digər tərəfdən, Ronaldu Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir. "Yuventus" sonuncu turda İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. Matç dekabrın 12-də keçiriləcək.     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30