20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

UEFA rəhbəri Super Liqa barədə nə dedi?

UEFA prezidenti Aleksandr Çeferin Avropanın aparıcı futbol klublarının Super Liqa yaratmaq istədikləri ilə bağlı iddalara münasibət bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, qitə futbol qurumunun rəhbəri BBC-yə açıqlamasında bunun baş verməyəcəyini bəyan edib. Sloveniyalı funksionerin sözlərinə görə, bu yöndə çıxan xəbərlər həqiqəti əks etdirmir: "Bütün bunlar uydurmadır. Etiraf edirəm, bizim də bəzi ideyalarımız var. Amma zəmanət verə bilərəm ki, Super Liqadan söhbət gedə bilməz. Biz bütün klublara avrokuboklarda iştirak etmək imkanı vermək istəyirik”.
 
Bir müddət əvvəl Almaniyanın "Spiegel” jurnalı Avropanın aparıcı futbol klublarının elit liqa yaratmaq istəyi ilə bağlı məqalə dərc edib. İddiaya görə, 11 klub UEFA-nın tərkibindən çıxaraq Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30