19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

Alman klubunun forvardı millimizə qarşı oynamayacaq

Millətlər Liqasının 5-ci turunda yığmamızın qonağı olacaq Farer adaları millisi itkiylə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, komanda Almaniya II Bundesliqasının "Arminiya" klubunda çıxış edən 27 yaşlı hücumçu Yohan Suymun Edmundssonun xidmətindən məhrub olub.

O, çempionatda "İnqolştadt"la matçda dizindən zədələnib. Yığmanın baş məşqçisi Lars Olsen Edmundssonun əvəzinə düşərgəyə "B36 Torshavn"ın 21 yaşlı forvardı Maynhard Egilsson Olseni çağırıb. Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları oyunu saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30