2 Oktyabr 2025, Cümə axşamı
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" "Kopenhagen"ə qalib gəldi
Azər Bağırov yenidən "Kəpəz"də

Xarici futbol

"Növbəti mövsümdə futbola qayıtmaq üçün hazıram"

Dakar rallisinə olan həvəsinə görə məşqçilik karyerasına ara verən Andre Villaş-Boaş futbola geri dönəcəyini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis növbəti mövsümdə karyerasına davam edəcəyini deyib:
 
“Ralli mənim böyük həvəsimdir. Futboldan kənar ən sevdiyim şey maşın yarışlarıdır. Ona görə də, futbola fasilə vermişdim.
 
Uzun müddətdi Portuda qalıram. Futboldan uzaq, əyləncəli vaxt keçirdim. Artıq növbəti mövsümdə futbola qayıtmaq üçün hazıram”.
 
Alman dilini öyrənməyə başladığını bildirən portuqaliyalı mütəxəssis, “Çin və Rusiyada dili öyrənməmişdim, amma Almaniya böyük bir bazardır və almanca bilmək gələcəkdə işimə yaraya bilər. Portuqal, italyan, fransız, ingilis və bir az da rusca bilirəm. İndi də almanca öyrənirəm” deyib. Villaş-Boaş məşqçilik karyerası ərzində “Portu”, “Çelsi”, “Tottenhem” kimi klublarda çalışıb. Onun futbola ara verməzdən əvvəl son klubu Çinin “Şanxay SİPG” komandası olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31