19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Həvəskarların Müstəqillik Gününə həsr olunmuş ölkə çempionatı keçirilib

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskar velosipedçilər arasında trek növü üzrə açıq Azərbaycan çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda yaşı 18-dən yuxarı olan 300-ə yaxın qadın və kişi velosipedçi mübarizə aparıb.

Çempionatda paytaxt nümayəndələri ilə yanaşı, respublikanın bir çox bölgələrindən gəlmiş həvəskarlar da iştirak edib. Onlar yarışda mübarizə aparmaqla yanaşı, Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə, həmçinin, dünyada və Azərbaycanda velosiped idmanının inkişaf yolunu özündə əks etdirən muzeylə də tanış olublar.

Dövlət bayraqlarını aparan peşəkar velosipedçilərin və motosikletçilərin paradından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mükafatlandırma mərasimi keçirilib. Qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Rəbiyyə Orucova qalxıb. İlahə Mehdiyeva 2-ci, Aygün Hüseynova isə 3-cü yeri tutub. Kişilər arasında Renat Bağışov bütün rəqiblərini qabaqlamaqla çempion olub. Sonrakı iki yerdə Teymur İsgəndərov və Əli İmamverdiyev qərarlaşıb.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, federasiyanın baş katibi Fərhad Əliyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim edib. Mükafata layiq yerlər tutmuş həvəskarlar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə, həmçinin 1-ci yeri tutan həvəskarlar Azərbaycanın ilk milli velosiped brendi “ISMA BIKES”la mükafatlandırılıb.

Qadınlar arasında 1-ci yerə layiq görülən Rəbiyyə Orucova qələbə qazanmasından sevinc hissi keçirdiyini deyərək xanımları velosiped idmanına dəvət edib: “Velosiped çox gözəl idman növüdür. Düzdür, hazırda qadınlarla müqayisədə kişilər daha çox velosiped sürür, amma mən zərif cinsin nümayəndələrini də velosipedlə məşğul olmağa dəvət edirəm. Qəbələ qazandığım üçün çox sevinirəm və təşkilatçılara minnətdarlığımı bildiriəm”.

Yarışa İsmayıllı rayonundan qatılan və 3-cü olan Əli İmamverdiyev isə bölgələrdə bu idman növünün getdikcə populyarlaşmısını deyib və yarışda iştirakdan olduqca məmnun qaldığını bildirib.

Mükafatlandırma mərasimi başa çatdıqdan sonra yarış iştirakçıları üçün konsert proqramı təşkil edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30