19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Şehiçin “Qalatasaray”a keçməsi üçün çox çalışdıq”

2017/18 mövsümünün sonu "Qarabağ"dan ayrılan və hazırda "Ərzurumspor"un şərəfini qoruyan İbrahim Şehiçi yay transfer pəncərəsində "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor" da transfer etmək istəyib.

Bu barədə 30 yaşlı qolkiperin meneceri Fatih İlek məlumat verib.

O, "Qalatasaray"ın hazırda Şehiçlə maraqlanması barədə xəbərləri şərh edərkən bu haqda söyləyib. F.İlek bildirib ki, Şehiçin "Ərzurumspor"la 1 illik müqaviləsi var: "Mövsümün əvvəlində bu kluba keçməsi üçün çox çalışdıq. "Qalatasaray"ın Şehiçi istəməyi qürurvericidir, amma o, "Ərzurumspor"un oyunçusudur və qərarı klub verəcək. Klublar arasında şərtlər uyğun olarsa və bizdən köməklik istəsələr, transfer üçün əlimizdən gələni edəcəyik".

F.İlek Şehiçin Türkiyədə ən yaxşı üç qapıçıdan biri olduğunu vurğulayıb.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edən Şehiç bu mövsüm "Ərzurumspor"un heyətində 6 Superliqa matçına çıxıb və 5 qol buraxıb (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30