28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Qarabağ"a qarşı oynaya bilməyən futbolçu millidən getdi

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Arsenal”ın futbolçusu Loran Koselni Fransa yığmasındakı karyerasını başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı mərkəz müdafiəçisi bu barədə “Canal+”a müsahibəsində açıqlama verib.
 
"Fransa millisinə bacardığım hər şeyi verdiyimi düşünürəm. Hazırda komandada çox gözəl yeni nəsil var. Mənim üçün isə yığma karyerası başa çatdı. Hər zaman millini dəstəkləyəcəyəm. Çünki ölkəmizi təmsil edir. Lakin daha komandada çıxış etməyəcəyəm”,- Koselni bildirib.
 
Zədə səbəbindən DÇ-2018-ə yollana bilməyən Koselni 2011-ci ildən bəri Fransa millisinin heyətində 51 oyun keçirib və 1 qol vurub. O, 2010-cu ildən “Arsenal”ın formasını geyinir.
 
E qrupunda yer alan “Qarabağ” II turda evdə “Arsenal”a 0:3 hesabı ilə uduzub. Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxıb. Bu komandalar arasında növbəti matç dekabrın 14-də Londonda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31