28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Qarabağ"ın "Roma"ya müqaviməti komandanın tanınmasına səbəb olub"

Bakıda italiyalı yazar Emmanuele Culianellinin “Qarabağ” - şəhəri olmadan Avropanı fəth edən komanda” kitabının təqdimatı olub.
 
Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, "Qarabağ” haqda yazılan kitabın təqdimatında müəllif ideyanın tarixəçsindən söz açıb.
 
O, bildirib ki, Ağdam təmsilçisinin avrokuboklardakı nəticələri bu kitabı yazmağa səbəb olub:  “Komandanın torpağı, doğma şəhər olmadığı halda bu yerlərə gəlib çıxması diqqətimi cəlb etdi.
 
“Qarabağ”ın 2009-cu ildə Norveçin “Rusenborq”la oyunlarına baxdıqdan və Ermənistana səfərimdən sonra bu kitabı yazmağa qərar verdim.
 
Ötən il “Çelsi” ilə Çempionlar Liqasındakı oyunu izlədikdən sonra Qurban Qurbanovla görüşdüm. O, mənə ətraflı məlumatlar verdi. Avropa və İtaliyada bir çox insan “Qarabağ”ı tanımırdı. Lakin Çempionlar Liqasının oyunlarında “Roma”ya müqaviməti komandanın tanınmasına səbəb olub və kitab İtaliyada müsbət qarşılanıb.
 
Bəzi insanlar mənimlə ünsiyyət quraraq, kitabı yazmaqla yaxşı iş gördüyümü söyləyiblər. Bu kitabın satışında, mənə gələn qazancda o qədər də maraqlı deyiləm. Məni maraqlandıran məsələ, kobud desək, bu vəhşiliyi tanıtmaqdır ki, "Qarabağ"ın çətin vəziyyətdən çıxaraq, bu cür nailiyyətləri əldə etməsini göstərim. Onlar bu vəhşilik barədə ətraflı məlumat topladıqlarını bildiriblər”.
 
İtaliyalı yazıçı bildirib ki, kitabın hazırlanması 9 ay çəkib: “Hollandiyalı yazıçı dostum mənə kitabını təqdim edib və həmin resurslardan yararlanaraq, bu kitabı ərsəyə gətirmişik.
 
Ötən ilin oktyabrında kitabı yazmağa başlamışam və 9 aya bitirmişəm. “Qarabağ” haqda başqa kitablar da yaza bilərəm. Eləcə də, Azərbaycanın Millətlər Liqasındakı çıxışı barədə”.
 
Culianelli kitabın qiymətinin 15-16 avro olduğunu söyləyib. O, kitabı sponsorsuz ərsəyə gətirdiyini vurğulayıb:
 
“Kitabı öz vəsaitim hesabına ərsəyə gətirmişəm. AFFA bu kitabın ərsəyə gəlməsinə çox sevindi. Rus və Azərbaycan dilinə tərcüməsi üçün hazırda ünsiyyətdəyik. Hələlik 2-3 min tirajla çıxıb”.
 
Emanuele Culianellinin daha əvvəl “Qarabağ” ilə bağlı “Eurasianet”, FİFA-nın rəsmi jurnalında, “Corriere della Sera”da məqalələri dərc olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31