18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Barselona"nın yeni transferi nədən narazıdı?

“Barselona”nın yeni transferlərindən Arturo Vidal komandadakı vəziyyətindən narazıdır.
 
Futbolxeber.az saytının məlumatına görə, oyun təcrübəsi baxımından əziyyət çəkən çilili yarımmüdafiəçi Çempionlar Liqasının “Tottenhem”lə səfər oyununda (4:2) ilk dəqiqələrdən meydanda olacağını gözləsə də, Ernesto Valverde matçın sonlarında ona şans verib. Bu isə təcrübəli oyunçunun xoşuna gəlməyib. Vidal artıq məsələylə bağlı öz meneceri və baş məşqçisini məlumatlandırıb. Ancaq o, buna görə konfliktə girmək istəmədiyini də əlavə edib.
 
“Barselona” rəhbərliyi Vidala daim əsas heyətdə oynayacağı ilə bağlı söz verdiyi üçün çilili futbolçu Milan “İnter”inin təklifindən imtina edib və məhz kataloniyaları seçib. Geridə qalan 9 oyunda isə futbolçu cəmi 176 dəqiqə meydanda olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30