26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

AVRO-2024 Almaniyada keçiriləcək

Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilmiş iclasından sonra elan edilib.

Qalibin adını qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.

Almaniya daha əvvəl 1988-ci ildə Avropa çempionatına, 1974 və 2006-cı illərdə isə dünya çempionatına ev sahibliyi edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30