25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Artunyan: "Azərbaycanlılara qarşı münasibətim yaxşıdı, Mxitaryan Bakıya gedə bilər"

"Qarabağ" Avropa Liqasının ikinci turu çərçivəsində "Arsenal"ı qəbul edəcək.

Futbolxeber.az saytının məlumatına görə, matçdan daha çox Henrik Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunub.

Rusiya mətbuatı bu məsələ ilə bağlı bir neçə şəxsin fikirlərini alıb. Ermənistan millisinin sabiq kiperi Roman Berezovski məsələ haqda bunları deyib: "Əslində Henrik özü qərar verməlidi, Bakıya getsin, ya getməsin. İstənilən halda UEFA onun qərarının arxasındadı. Düşünürəm ki, Bakı təhlükəsiz yerdi".

Yunan-roma güləşçisi, Olimpiya mükafatçısı Miqran Artunyan da Mxitaryana Bakıya yollanmağı məsləhət görüb: "Əgər belə bir imkan varsa, Henrik Bakıya yollanmalıdı. Əgər orada qəbul edirlərsə, niyə də yollanmasın? Mən də Bakıda olmuşam. Düzdü, ancaq Olimpiya kəndindən yarışın keçirildiyi yerə, oradan isə geriyə qayıdırdım. Amma heç bir problem görmədim. Düzdü, oyun zamanı üzərimdəki təzyiqi hiss edirdim. Yerli publika fitə basırdı, ayaqlarını yerə vururdular, təzyiq göstərirdilər. Ancaq bu da mənə mane olmurdu. Mən azərbaycanlılara yaxşı yanaşıram. Həm danışdığım, həm də dostluq etdiyim azərbaycanlılar var. Hər xalqda sənə xoş olmayan və xoş olan insanlar var. Yaxşı insanlara qarşı yaxşı davranmağa çalışıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30