5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Ronaldo "A" seriyasında üçüncü qolunu vurdu

İtaliya “A” seriyasında 5-ci tura yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, turun son matçında “Yuventus” səfərdə “Frozinone”nin qonağı olub. Matç Turin klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
“Qoca Sinyora”nın qollarını 81-ci dəqiqədə Kriştianu Ronaldo və 90+4-də Federiko Bernardeski vurub. “A” seriyasında ardıcıl ikinci matçda fərqlənən Ronaldo yeni klubundakı qollarının sayını 3-ə çatdırıb.
 
Bu qələbədən sonra “Yuventus” 15 xalla turnir cədvəlinin vahid lideridir. “Yuve” həm də hələ ki “A” seriyasında xal itirməyən yeganə komandadır. “Frozinone” isə 1 xalla 19-cudur.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31