28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Təəssüf ki, kubok qazana bilmədilər"

“Liverpul”un yay transfer pəncərəsi dövründə “Stok Siti”dən heyətinə qatdığı Xerdan Şakiri komandası haqqında danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, isveçrəli futbolçu “qırmızılar”ın bu mövsüm Premyer Liqada uğur qazanmasının vacibliyini vurğulayıb: “Liverpul”un kuboklar uğrunda oynamaq hədəfi olmalıdır. Biz böyük komandayıq və böyük komandaların məqsədi kuboklar qazanmaqdı.
 
Premyer Liqa çox çətindi, çünki böyük klublar çoxdur. Buna görə, rəqabət də böyükdür. Uğur qazanmaq üçün həqiqətən çox yaxşı bir mövsüm keçirməlisən. “Liverpul” dünyanın ən böyük komandalarından biridir. Keçən il çox yaxşı mövsüm keçirdilər, amma təəssüf ki, kubok qazana bilmədilər. Bu mövsüm bir addım irəli gedib, qazanmalıyıq. Ən önəmli hədəfimiz də budur. Uğurlu olmaq üçün kuboklar əldə etməliyik”.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31