28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

İsveç yığmasının kapitanı diqqət mərkəzinə düşdü

İsveç yığmasının kapitanı Andreas Qrankvist göstərdiyi fədakarlıqla diqqət mərkəzinə düşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı futbolçu Rusiyada təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə ilə oyun öncəsi övladının dünyaya gəldiyinə dair xəbər alsa da, komandasının düşərgəsini tərk etməyib.
 
Andreas həyat yoldaşı Sofiya Qrankvistin uşaq dünyaya gətirəcəyini bilə-bilə, millinin düşərgəsində qalmağa qərar verib. Şad xəbəri Sofiya bu gün səhər saatlarında sosial şəbəkə hesabından yayıb.
 
O, Mika adlı uşaqlarının olduğunu açıqlayıb. Bir neçə saat sonra futbolçu özü də uşaqlarının sağlam şəkildə dünyaya gəlməsinin sevincini hər kəslə paylaşıb.
 
İsveç və İngiltərə yığmaları arasındakı oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31