8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Şeydayev "Zenit"ə yenə pul qazandırdı

“Zenit”in sabiq futbolçusu Ramil Şeydayevlə bağlı “Trabzonspor”dan FİFA-ya şikayəti öz nəticəsini verib.

Futbolxeber.az saytının məlumatına görə, Qaradəniz təmsilçisi azərbaycanlı hücumçuya görə ruslara daha 40 min avro yetişdirmə haqqı ödəyib.

Məlumatda bildirilir ki, “Zenit”in tələb etdiyi 169 min avronun böyük hissəsi “Trabzonspor” tərəfindən Sankt-Peterburq təmsilçisinin hesabına köçürülmüşdü. Rus klubu məhz yerdə qalan məbləğ üçün FİFA-ya müraciət etmişdi.

Qeyd edək ki, Şeydayev “Zenit”in yetirməsidir. 2016-cı ildə azad agent kimi “Trabzonspor”a keçən 22 yaşlı forvard cari mövsümün əvvəlindən icarə əsasında “Qarabağ”da çıxış edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31