5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Xarici futbol

DÇ-2022-də 48 komanda yarışacaq?

İyunun 13-də Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında müzakirə olunacaq əsas məsələ 4 il sonra Qətərdə keçiriləcək dünya çempionatı üçün iştirakçı komandaların sayının müəyyənləşdirilməsi ilə bağlıdır.

Belə ki, Cənubi Amerik Futbol Konfederasiyası (KONMEBOL) mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını təklif edir. Bu halda mundialdakı oyun sayı 64-dən 80-ə çatacaq.

Lakin bu təklifin qəbul olunacağı inandırıcı görünmür. Çünki 2022-ci ildə Qətərdə noyabr-dekabr aylarında baş tutacaq mundial üçün oyun sayının artırılması problemə çevrilə bilər.

Hazırda 48 komandalı ilk dünya çempionatının 2026-cı ildə təşkil olunacağı proqnozlaşdırılır. 8 il sonrakı yarışda iştirakçı komandalar hər birindəm 3 komanda olmaqla 16 qrupa bölünəcəklər. Qrupda ilk 2 yeri tutan komandalar 1/16 finala adlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31