7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Azərbaycanlı istedad "Spartak"ı məğlubiyyətdən xilas edə bilmədi

Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ının əvəzedici heyətində növbəti oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, 17 yaşlı Ayaz dünən "Dinamo"ya qarşı baş tutan matçda meydana start heyətində çıxıb. Həmyerlimiz 86 dəqiqə meydanda olsa da, komandasını yenilgidən xilas edə bilməyib.

Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz 1996-cı il, noyabrın 11-də, Moskvada anadan olub. Ampulaca yarımmüdafiəçi olan Ayazın boyu 169 sm, çəkisi 66 kq-dır. Futbolun sirlərinə elə "Spartak"da yiyələnməyə başlayıb. Ötən mövsüm "Spartak"ın 1996-cı il təvəllüdlü komandasında kapitan sarğısını daşıyan həmyerlimiz bu ildən əvəzedici komandaya cəlb olunub. Rusiyanın U-17 millisinin üzvü olan Ayaz Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə qarşı baş tutan görüşdə vurduğu möhtəşəm qolla adından söz etdirib. Həmin qolu təqdim edirik: 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28