1 Iyun 2020, Bazar ertəsi
“Mənim bəxtim bir az çox gətirdi”
Klublar Komitəsinin iclası olacaq
Azərbaycanda futbolsuzluq başa çatır
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?

Xarici futbol

TFF qalmaqallı derbi ilə bağlı qərar verdi

Türkiyə Futbol Federasiyası ölkə kubokunun  yarımfinal mərhələsində keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunu ilə bağlı qərarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, təxirə salınan matçın qaldığı yerdən azarkeşlər olmadan davam etdirilməsinə qərar verilib.

Qarşılaşma mayın 3-ü davam etdiriləcək.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30