18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Məşhur futbolçu ölümdən döndü

Futbol üzrə Slovakiya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Martin Şkrtel ölümdən dönüb. Futbolxeber.az xəbər verir ki, o, bu gün Tailandla yoxlama oyununda xoşagəlməz halla üzləşib.
 
Belə ki, qarşılaşmanın 28-ci dəqiqəsində rəqib futbolçunun zərbəsindən sonra top Şkrtelin sifətinə dəyib. Bu epizodda özündən gedən futbolçu yerə yıxılıb. Onun köməyinə ilk olaraq komanda yoldaşları çatıblar. Özlərini çatdıran həkimlərin də müdaxiləsindən sonra dili qatlanan futbolçunu özünə gətirmək mümkün olub.
 
 
Slovakiya yığmasının məşqçilər korpusu futbolçunun yenidən meydana qayıtmasına icazə verməyiblər və o, əvəzlənməli olub. Hazırda müdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilir.
 
Qeyd edək ki, beş qolun qeydə alındığı bu oyunda Şkrtelin komandası 3:2 hesablı qələbəyə sevinib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30