19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Qazaxıstan millisində yeni baş məşqçi

Futbol üzrə Qazaxıstan milli komandasına yeni baş məşqçi təyin olunub.
 
Futbolxeber.az-ın verdiyi məlumata görə, uğursuz nəticələri səbəbindən qovulan rusiyalı Aleksandr Borodyukun əvəzinə bolqarıstanlı Stanimir Stoilov gətirilib. 51 yaşlı mütəxəssisin qarşısına Millətlər Liqasında uğurlu çıxış vəzifəsi qoyulub. Təyinat rəsmən yaxın saatlarda açıqlanacaq.
 
Qeyd edək ki, Stanimir Stoilov 2014-cü ildən "Astana" klubunun baş məşqçisi olub. O, qısa müddətdə Qazaxıstan klub futbolu tarixində ən uğurlu baş məşqçiyə çevrilib. Stoilov komandaya Qazaxıstan çempionluğu qazandırmaqla yanaşı, Çempionlar Liqasında qrup mərhələsi və Avropa Liqasında 1/16 final həyəcanı yaşadıb. Təcrübəli mütəxəssis 2007-ci ildə Bolqarıstan yığmasında baş məşqçi səlahiyyətlərini icra edib, 2009-2010-cu illərdə isə baş məşqçi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30