25 Iyun 2019, Çərşənbə axşamı
Davil Volkov "Qəbələ"də qalacaq
Lorenso Sotomayor 1/4 finalda
Cüdoçularımızdan daha 3 bürünc medal
Balayev: "Vaxtımız az idi"

Xarici futbol

Qvardiola rəqib həmkarına hücum edib

İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan"a 0:1 hesabı ilə uduzan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola rəqib həmkarı Pol Kuka hücum edib.
 
Futbolxeber.az saytının məlumatına görə, insident oyun vaxtı və oyundan sonra baş verib. İspaniyalı mütəxəssis "Uiqan"ın baş məşqçisini itələyib. 
 
Kuk açıqlamasında həmkarını qorxaq adlandırıb: "Qvardiola mənə hücum etdi. Çünki o, qorxaqdır. Məğlubiyyəti qəbul edə bilmir. Ondan daha az pul xərcləyən və daha yaxşı olan insanlara hörmət etmir".
 
İngiltərəli mütəxəssis Qvardiolanın "Uiqan" cəmi bir dəqiq zərbə vurdu, o isə qolla nəticələndi" sözlərinə də cavab verib: "O, oyundan sonra bir qol ilə mərhələ adladığımızı dedi. Boksda da bir həmlə ilə ölümcül zərbə vuran, digərindən az iş görür? Qvardiola bəhanə axtarmasın. "Mançester Siti" məğlub oldu. Onun üzündəki kədər mənə illərcə bəs edər".
 
Qeyd edək ki, mərhələ bir oyundan ibarət olduğu üçün 1/4 finala "Uiqan" yüksəlib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit