19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Şenol Günəş: "Bavariya"nı keçə bilərik"

"Bavariya"nın cütün favoriti olduğunu bilirik. Bizim üçün çətin sınaq olacaq. Onları mümkün olduğu qədər çətin vəziyyətə salmaq istəyirik".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Bavariya" ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş deyib. 
 
UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis alman nəhəngini ÇL-dən kənarlaşdırmaq gücündə olduqlarını istisna etməyib: "Bavariya"nı keçə bilərik. Amma bu, bizim onlardan daha yaxşı komanda olduğumuz demək deyil. Uğur qazanmaq istəyiriksə, yaxşı hazırlaşmalıyıq".
 
Günəş "Bavariya"ya məğlubiyyəti faciə kimi görməyəcəklərini bildirib: "Rəqibin heyətindəki futbolçular dünya ulduzlarıdır. Ancaq bizim də yaxşı oyunçularımız var. Komandamdan sadəcə nələr edə bildiklərini, bacarıqlarını və xarakter göstərmələrini istəyirəm. Turu keçsək, fantastik nəticə olar. Amma uduzsaq, bu, dünyanın sonu demək deyil".
 
Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31