19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Braziliyada hakim 9 futbolçunu meydandan qovub

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan qovulması səbəbindən sona qədər oynanılmayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.
 
Komandalar arasında görüş bazar günü keçirilib. Birinci hissədən sonra "Viktoriya" 1:0 hesabı ilə öndə olub. Fasilədən sonra "Baiya" hesabı bərabərləşdirib. Ardınca meydanda dava düşüb. Nəticədə hakim "Baiya"nın 3, "Viktoriya"nın 2 futbolçusunu meydandan qovub. Daha sonra isə fit sahibi hər klubdan daha iki futbolçunu cəzalandırmaq qərarına gəlib.
 
İkinci hissənin sonunda "Viktoriya"nın daha 2 futbolçusu meydandan qovulub və bu komandanın tərkibində cəmi 6 futbolçu qalıb. Qaydalara görə, bir komadanın heyətində 7-dən az futbolçu qalarsa, matç davam etdirilə bilməz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31