20 May 2018, Bazar günü
“Bavariya” finalda məğlub oldu
“Qalatasaray” 21-ci dəfə çempion oldu
Etopaz-da bu gün 42 canlı oyun
“Qəbələ” Dion Malonla vidalaşdı

Xarici futbol

Premyer Liqanın yayım hüququ üçün 4,5 milyard!

Futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 4,464 milyard funt-sterlinq qarşılığında iki kanala satılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Premyer Liqanın rəsmi internet saytı məlumat yayıb. Məlumatda bildirilir ki, İngiltərə çempionatının 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq oyunlarının yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. Artıq həmin paketlərdən 5-i satılıb.
 
“Sky Sports” 3,58 milyard funt-sterlinq qarşılığında 4 paket alıb. Sözügedən kanal həmin dönəmdə 128 Premyer Liqa matçını canlı yayımlamaq şansı əldə edib. “BT Sport” isə 884 milyon funt-sterlinq qarşılığında cəmi 1 paket alıb və 32 oyunu canlı göstərmək fürsəti qazanıb.
 
Hər birində 20 matç olan qalan iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır. 
 
Xatırladaq ki, Premyer Liqanın 2015-2019-cu illər aralığındakı mövsümlərində baş tutan oyunların yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31





Click to Visit