19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

İngiltərə millisinin üzvü 26 yaşında futboldan getdi

İngiltərə yığmasının və “Hall Siti” klubunun yarımmüdafiəçisi Rayan Meyson futbolçu karyerasını 26 yaşında başa vurmalı olub. Futbolxeber.az saytının verdiyi məlumata görə, o, ötən mövsüm komandasının “Çelsi” ilə oyununda rəqib futbolçu Qari Keyhillə toqquşma nəticəsində başından ağır zədə almışdı. Həkim müayinəsi nəticəsində Meysonun başında çat aşkarlanmışdı.
 
Bu vaxta qədər müalicə alan Rayan futbol oynayacağı günü səbrsizliklə gözləsə də, dünyanın aparıcı nevroloq və cərrahları ona yenidən yaşıl meydana qayıtmağı qadağan ediblər. Artıq “Hall Siti” klubu da Meysonun bir daha futbol oynaya bilməyəcəyini rəsmən bəyan edib.
 
Karyerasına “Tottenhem”də başlayan, 2016-cı ildə klub rekorduna imza atmaqla 13 milyon funt-sterlinqə “Hall Siti”yə transfer edilən Meyson İngiltərə yığmasında da bir oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31