17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Edinson Kavani: "Tarixi oyun baş tutacaq"

PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Real”la oyun barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, uruqvaylı forvard İspaniyanın “Marca” nəşrinə açıqlamasında Madrid təmsilçisi ilə oyunöncəsi həyəcanlı olduğunu deyib:
 
"Real"la qarşılaşmaq həyəcanlı gəlir. Tarixi oyun baş tutacaq və stadionda atmosfer əla olacaq. Çempionlar Liqasının qalibi olmaq istəyirəm və bunun üçün qollar vurmağa hazıram".
 
Kavani ötən il PSJ-nin "Barselona"ya uduzduqları oyunu unutduqlarını deyib:
 
"Ötən mövsüm "Barselona"ya pis bir şəkildə uduzduq. Ancaq bu məğlubiyyətdən dərs çıxarmışıq. Daha çox təcrübə qazandıq. İndi də mübarizəni davam etdiririk. O oyunda hakim Dəniz Aytəkinin kobud səhvləri var idi, amma bir insanı günahlandırmağı sevmirəm. Uduzduğunuz oyunların 98 faizi etdiyiniz səhvlərdən və rəqibin gücündən baş verir. Digər şeylər isə önəmli deyil".
 
Qeyd edək ki, "Real" - PSJ matçı sabah 23:45-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30