29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Ukraynadan siyasi qərar: DÇ-2018 yayımlanmayacaq

Ukrayna Milli Teleradio Şirkəti yayda Rusiyada keçiriləcək dünya çempionatının oyunlarını yayımlamaqdan imtina edib.
 
Futbolxeber.az saytının məlumatına görə görə, bu barədə şirkətin rəhbəri Zurab Alasaniya məlumat verib. 
 
Belə bir qərar verməyin çətin olduğunu söyləyən Alasaniya hətta İctimai televiziyanın da oyunları göstərməyəcəyini bildirib:
 
“Bilirsiniz ki, bu il futbol üzrə dünya çempionatı Rusiyada keçiriləcək. Biz oyunları yayımlamaqdan imtina edirik. Ukrayna DÇ-nin yayım hüququna hələ 2013-cü ildə almışdı. Bilirik ki, bu, çoxlu milyonlar tələb edən layihədir. Çətin qərar oldu. İctimai televiziya dünya çempionatının oyunlarını göstərə bilərmi? Xeyr”.
 
Qeyd edək ki, son vaxtlar iki ölkə arasında baş verən siyasi gərginliklərlə bağlı Ukrayna bu cür qərar qəbul edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31