19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Karambö millimizdən və favoritlərindən danışdı

“Coca-Cola” şirkəti FIFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürüb. Futbolxeber.az saytının verdiyi məlumata görə, futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün kubok bu gün Bakıya gətirilib. FIFA Dünya çempionatı kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.
 
Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə bu gün səhər saatlarında xüsusi təyyarə ilə paytaxtımıza gətirilib.”Hilton” otelində keçirilən mətbuat konfransında iştirak edən Karabmö Bakını, görüş iştirakçlarını salamlayıb: “Bir daha Baklya - idman şəhərinə gəlməkdən məmnunluq duyuram. Bakı həmişə idman tədbirlərini keçriməkdə istəkli olub. Paytaxtınız çox müasir şəhərdi. Mili komandanız sabiq baş məşqçi Robert Prosineçkiylə son seçmə mərhələdə yaxşı çıxış etdi. İnnaıram ki, gələn yarışda daha yaxşı şansınız olacaq. Onu nəzərə alaq ki, final mərhələsində 48 komanda iştirak edəcək. Bu dünya kuboku uzun məsafələri qət edib və Bakı sayca 16-di. Buna baxmayaraq, yorulmamışıq. Dünya kubokunu azarkeşlərə göstərməkdən məmnunluğumuz bir daha ifadə edirik. Bələ bu il dünya çempionu. Braziliya, Argentina, Almaniya favortdi. Rusiyanı da misal göstərə bilərik. Hər halad, dünya çempionatının ev sahibidi. 
 
Qonaqları, kuboku salamalayan AFFA-nın baş katibi Elxan Məmmədov təşkilatçılara, Karamböya minnətdarlıq edib: “Coco Kolya” minnətdarıq ki, bu bayramı Bakılda yaşatdı. Üç əsas səbəb ola bilər ki, kubok Bakıya gəlsin. Birincisi, milimiz dünya çempionu olaraq kuboku qazansın. İkincisi, final mərhələsinə ev sahibi olsun. Üçüncü səbəb də dünya turu çərçivəsində səfər edərək bura gəlsin. Bu gün 3-cü səbəbdən istifadə etdik. Ümid eidrik ki, gələcəkdə 1-ci və 2-ci səbəblərdən də istifadə edəcəyik!”
 
Tədbirin sonunda dünya kuboku təqdim olunub. 
 
Qeyd edək ki, kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31