19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Enrike “Çelsi”nin təklifini qəbul etmədi

“Çelsi” rəhbərliyinin ispaniyalı məşqçi Luis Enrike ilə anlaşmaq cəhdi baş tutmayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 48 yaşlı çalışdırıcı mövsümün ortasında “zadəganlar”ın “sükanı arxası”na keçməkdən imtina edib.
 
Enrikenin xidmətində birbaşa “Çelsi”nin rəhbəri Roman Abramoviç maraqlı olsa da, tərəflər danışıqlarda ortaq məxrəcə gələ bilməyiblər. Enrike bu təklifi ancaq yayda dəyərləndirə biləcəyini deyib.
 
Qeyd edək ki, məşqçilik fəaliyyətində “Roma” və “Selta” klublarını da çalışdırmış Luis Enrikenin son iş yeri ötən il ayrıldığı “Barselona” olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31