19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Atletiko"nun baş məşqçisi: "Gərək, futbolçumuzu öldürsünlər ki,.."

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldikləri İspaniya La Liqasının XXII tur matçından sonra hakimlərdən narazılıq edib.
 
Futbolxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis oyun zamanı aşkar penaltinin təyin olunmadığını söyləyib.
 
"Baxaq, görək gözəl günlərin birində öz lehimizə penalti qazana biləcəyikmi? "Valensiya" ilə oyun zamanı Qodinin epizodunda penalti təyin olunmursa, deməli, futbolçumuzu öldürməlidirlər ki, referi "ağ nöqtə"ni göstərsin" - Simeone bildirib.
 
Qeyd edək ki, Dieqo Qodin "Valensiya"nın cərimə meydançasında top uğrunda mübarizə apardığı vaxt bir neçə dişindən məhrum olub. Lakin baş hakim penalti təyin etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30