21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Xarici futbol

Futbolçunu vuran hakimin cəzası açıqlandı

Fransalı hakim Toni Şapronun cəzası müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, Liqa 1-in XX turunda keçirilən “Nant” - PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay təyinat almayacaq.
 
Fransa Futbol Federasiyası onu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırmışdı. Məsələni araşdıran Nizam-İntizam Komitəsi yekun qərarını verib. Belə ki, Şapron 3 aylıq diskvalifikasiya ilə canını qurtarıb.
 
Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31