8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Dünyada ilk: bitkoinlə futbolçu transfer edildi

Türkiyənin Sakarya şəhərini təmsil edən həvəskarlardan ibarət "Harunustaspor" klubu virtual valyuta ilə futbolçu transfer edib.
 
Futbolxeber.az saytının məlumatına görə, "Karasu Kültürspor"un 22 yaşlı oyunçusu Ömər Faruk Kıroğlu mövsümün ikinci yarısı üçün 0,0524 bitkoinə (440 avro) transfer olunub. "Harunustaspor"un prezidenti Haldun Şehit bu transferi ölkəyə və dünyaya səs salmaq üçün etdiklərini bildirib: "Türkiyədə və dünyada ilk dəfə müqaviləni bitkoinlə bağladıq. Bu nailiyyətlə fəxr edir və bilirik ki, Türkiyədə və kriptovalyutadan yararlanan dünyada tanınacağıq".
 
Qeyd edək ki, bitkoin 2009-cu ilin yanvarında elektron ödəniş sistemi kimi yaradılıb və tədricən böyük populyarlıq qazanıb. Həmin vaxtdan dünyada Litkoin, namekoin və s. kimi kriptovalyutalar ortaya çıxıb. Ötən həftə İngiltərə "Arsenal"ı kriptovalyuta sahəsində ixtisaslaşmış "CashBet"lə tərəfdaşlıq müqaviləsi imzalayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31