29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Azərbaycana uduzmaq ağlımızdan belə keçmir"

"Sabah yaxşı müdafiə olunan komandaya qarşı oynayacağıq. Bizim üçün çətin oyun olacaq. Azərbaycanın ev oyunlarına baxmışıq. Evdə yaxşı oynayırlar. Ancaq əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.

Ronaldonun İsraillə oyunda qəsdən sarı vərəqə almasını təkzib edən Bentu bildirib ki, həm Kriştianu, həm də Nani komanda üçün önəmli futbolçulardı: "Amma bizim komanda Ronaldo, ya da Nanidən asılı deyil. Onları əvəz edə biləcək oyunçularımız var və bu futbolçular sabahkı qarşılaşmaya hazırdılar. Meyreleş də tam hazır olsa, oynayacaq".

Sonda isə Portuqliya millisinin baş məşqçisi qeyd edib ki, yığmamıza uduzmağı düşünmürlər: "Fikrimiz Azərbaycanla matçda qələbə qazanmaqdı. Azərbaycana uduzmaq ağlımızdan belə keçmir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31