19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Erməni prezidentə gözlənilməz sual: "Niyə "Qarabağ" qrupda oynayır, biz yox?"

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolunun Ermənistanla müqayisədə irəli getməsinə münasibət bildirib.

Futbolxeber.az saytının “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, o qeyd edib ki, bunun səbəbi azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsidir. O etiraf edib ki, yaxın zamanlarda erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur.

“ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdur” – deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox” sualına onun cavabı belə olub:

“Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30