25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Zidan: “Futbolçu kimi qazandıqlarım məşqçilikdə məni xilas etməyəcək”

“Real”ın baş məşqçisi Zinəddin Zidan gələcək karyerası haqda danışıb.

Futbolxeber.az-ın “France Football”a istinadən verdiyi məlumata görə, fransız mütəxəssis həm futbolçu, həm də məşqçi kimi işinə eyni məsuliyyətlə yanaşdığını bildirib:

“Zinəddin Zidan daha “Real”ın oyunçusu deyil. Həmin Zidan daha yoxdur. İndi məşqçi Zidan var. Hansı ki, karyerasını yenidən qurmalıdır. Futbolçu kimi qazandıqlarım məşqçilikdə məni xilas etməyəcək.

“Real”dakı fəaliyyətimin bir gün bitəcəyini bilirəm. Arada özümə deyirəm, “sənin cəmi 10 günün, yaxud 6 ayın var, bu müddətdə bacardığın hər şeyi et”. Bilirəm ki, “Real”da 10 il işləməyəcəyəm.

Təzyiqlər mənə heç bir təsir göstərmir. Heç bir şey mənə təsir göstərə bilməz. “Real”da məsuliyyətim böyükdür. Lakin evə daxil olan kimi hər şeyi unuduram.

Bəzi məşqçilər yalnız iş barədə düşünürlər. Ancaq mən belə deyiləm. Evdə olarkən vaxtımı uşaqlara, xanımıma həsr edirəm.

İşlər yaxşı getməyəndə də güclü məşqçi olduğumu sübut etməyə çalışıram. Çətinliklər mənə təsir edə bilməz. Bəlkə də insanlar məşqçi karyeramın asan alındığını düşünürlər. Amma bu, əsla belə deyil. Ani qərarlar qəbul etdiyimi düşünənlər yanılmırlar. Futbolçu və ya məşqçi olmağımdan asılı olmayaraq daim ürəkdən çalışmışam”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30