25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Aqolli: “Özümdən razı olmuram”

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli kapitanı olduğu Albaniya millisinin 2017-ci ildəki çıxışını dəyərlənidirib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, hazırda ölkəsində olan 35 yaşlı futbolçu “Ora Skaner” televiziyasına açıqlamasında ötən il pis çıxış etmədiklərini bildirib:

“Ötən il millimiz üçün uğurlu oldu. Mən elə oğlanam ki, özümdən razı olmuram. Yəni, komandamın çıxışlarına, nəticələrinə deyil, özümə tənqidlə yanaşıram. Biz DÇ-2018-in seçmə mərhələsini 3-cü pillədə başa vurduq. Hansı ki, çətin rəqiblərlə bir qrupda yer almışdıq. Millimizin ötənilki çıxışı 7 bala layiqdir”.

Qeyd edək ki, Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30