24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

"Ayntraxt"ın direktoru: "Renatdan imtina etməyəcəyik"

"Ayntraxt”ın direktoru Fredi Bobiç komandanın futbolçusu Renat Dadaşovu tənqid edib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, millimizin üzvünün intizamsız davranışından narazılığını bildirib. Klub direktoru deyib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün R. Dadaşovun fiziki durumu zəifləyib:

"Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Müqaviləni imzalamaqla yanaşı, futbolçu peşəkar davranmalıdır".

F.Bobiç R.Dadaşovu Almaniya üçüncü liqa təmsilçisi "Hallaşer"ə icarəyə verəcəkləri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu barədə heç nə eşitməmişəm. Onu deyə bilərəm ki, Renatdan imtina etməyəcəyik. Onun qeyri-adi keyfiyyətləri var”.

Qeyd edək ki,  R.Dadaşov "Ayntraxt”ın U-19 komandasında  9 oyunda 5 qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30