19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

400 min avroluq rumıniyalı müdafiəçi Azərbaycandan təklif alıb

Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filip karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolxeber.az saytının məlumatına görə, Rumıniya millisinin üzvü qış fasiləsində hazırkı komandasından ayrılmaq qərarına gəlib. “Dinamo”nun sahibi ilə görüşən 23 yaşlı futbolçu bu istəyini ona çatdırıb və qarşı tərəf keçidə mane olmayacağına söz verib. Təbii ki, 400 min avroluq təzminat haqqı ödəmək şərti ilə.

Filip menecerinə komanda axtarmaq barədə tapşırıq da verib. Futbolçunun 3 ölkədən - Azərbaycan, Türkiyə və İtaliyanın II liqasından təklif aldığı qeyd edilib.

Maraqlıdı ki, sol cinah müdafiəçisinin “Dinamo”da aylıq məvacibi 10 min avrodu ki, bu da komandada ən yüksək ikinci göstəricidi. Rumıniya klubu həm bu məbləğdən qurtulmaq, həm də onu sataraq, gəlir əldə etmək məqsədi güdür.

Qeyd edək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən bəri Rumıniya millisinin heyətində 7 oyun keçirib (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30