20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Xarici futbol

Koke: “Qarabağ”ın uğurlu nəticəsinə ümid etməliyik”

"Çempionlar Liqasında növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq qələbə qazanmalıyıq. Daha sonra “Qarabağ”ın uğurlu olmasına ümid etməliyik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"4-3-3 sxemi ilə oynayan komandalara qarşı böyük oyunlar keçirmişik. Özümüzü çox yaxşı hiss edirik. Bütün komanda işini düzgün görəndə hücumda kompakt futbol oynamağı bacarırıq. Bu, rəqibin kimliyindən asılı olan şey deyil.  Meydanda sakit olmalı və nə etmək lazım olduğunu bilməliyik. Başa düşürük ki, yalnız qələbə bizi qane edir" - deyə o bildirib.

Qeyd edək ki, “Atletiko” - “Roma” görüşü bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

       


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31