20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Qalatasaray"a transfer olunmaq barədə çox düşünmədim"

Bir müddət əvvəl "Lill"dən "Qalatasaray"a transfer olunan Aurelien Şedju yeni klubu haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Fransa mətbuatına verdiyi açıqlamada Şedju "Qalatasaray"a gəlməklə doğru bir qərar verdiyini söyləyib: "Böyük bir kluba gəlmişəm. "Qalatasaray" transfer olunmaq barədə çox düşünmədim. Menecerimə də mənə belə bir klub tapdığı üçün təşəkkür edirəm. Fransada bəziləri "Qalatasaray"ı yaxşı tanımaya bilər. Amma "Qalatasaray" həqiqətən də əla klubdur".

Yeni komanda yoldaşları haqda Şedju bunları deyib: "Komanda yoldaşlarımla yaxşı anlaşıram. Onlarla bir çox mövzular haqda söhbət edirik. Türkiyə çempionatı heç də asan liq deyil. "Qalatasaray"da xeyli sayda ulduz futbolçu çıxış edir. O səbəbdən də komandanın güclü olduğu şübhəsizdir. "Qalatasaray"da da hər kəs bir-birnə hörmət edir. "Lill"də olduğu kimi bir ailəyik. "Qalatasaray"ın azarkeşləri isə daha möhtəşəmdilər. Ümid edirəm ki, məni də çox sevəcəklər".

Xatırladaq ki, Şedju 6,3 milyon avro qarşılığında "Lill"dən "Qalatasaray"a transfer olunub. Geridə qalan müddətdə təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən müdafiəçiyə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim də böyük ümidlər bəsləyir. "İmperator" Şedjunu müdafiənin mərkəzində Semih Kaya ilə birgə oynatmaq istəyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30