25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

"Çelsi" "Qalatasaray"ın işini çətinə saldı

"Qalatasaray"ın prezidenti Ünal Aysal, portuqaliyalı gənc ulduz Brumanın transferindəki son durumla bağlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Melo ilə 3 illik müqavilə imzaladıqdan sonra bu problemi həll edən "Cim-Bom"un gündəmindəki yeganə məsələ Brumadır. "Qalatasaray" da öz növbəsində Brumanı heyətinə qatmaq üçün artıq hərəkətə keçib. "Çelsi"nin də portuqaliyalı ulduza "elçi düşməsi" "Qalatasaray"ın işinə yaramayıb. Çünki müştərilərin artması "Sportinq"in Brumanın qiymətini qaldırmasına səbəb olub. Ünal Aysal da açıqlamasında qeyd edib ki, hələlik futbolçunun keçidini həll etmək mümkün olmayıb: "Brumayla bağlı yeni bir xəbər yoxdu. Sözün açığı, qısa zamanda da bu məsələdə yenilik olacağına da inanmıram".

Qeyd edək ki, bir neçə gün əvvəl 18 yaşlı hücumçu "Sportinq"lə yeni müqavilə imzalamaqdan imtina edib. Bu səbəbdən də Lissabon təmsilçisi Brumanı satmaq qərarına gəlib. "Qalatasaray" qarşıdakı həftə yenidən Bruma ilə görüşəcəyi bildirilir. Əlavə edək ki, Bruma ilə "Portu" klubu da yaxından maraqlanır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30