29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Ramil Şeydayev Azərbaycanda itib-batacaq”

"Ramil Şeydayevin Azərbaycana gedişi "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zenit -2” komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

O, “Sport-ekspress”ə müsahibəsində Şeydayevin Azərbaycanm illisində oynamaq qərarına münasibət bildirib:

“Ramil Rusiya I divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatanda onunla dəfələrlə söhbət etdim. Şeydayev  "mən qərar verdim" deyən insan deyil. Mənə bildirdi ki, Nikolayiç, bir neçə variantım var. Vəssalam. Sonradan xəbər tutdum ki, hər şey həll olunub. Geriyə yol yoxdur. Şeydayevin vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm".

Radimov hazırda da Şeydayevlə tez-tez danışdığını və onun Rusiyadan gedişinə təəssüfləndiyini bildirib: “Ramil indi "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda klubları gəzəcək.  Bəlkə də Azərbaycanda itib-batacaq".

Xatırladaq ki, Azərbaycan vətəndaşlığını qəbul edərək ötən ildən millimizdə  çıxış edən gənc hücumçu bu yay müqavilə ilə məxsus olduğu “Trabzonspor”dan icarə əsasında "Qarabağ"a keçib (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31