26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Nainqolan: "İstədiyimiz oyunu nümayiş etdirə bilmədik"

“Qalib gəlmək çox vacib idi. Ancaq biz yaxşı oyun keçirmədik. Buna baxmayaraq, 3 xal bizim oldu. Buna görə məmnun ola bilərik”.
 
Futbolxeber.az xəbər verir ki, bu sözləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran Raca Nainqqolan söyləyib.
 
“Canavarlar” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran belçikalı yarımmüdafiəçi erkən qol vurmalarının işlərini rahatlaşdırdığını söyləyib: “Oyuna əla başladıq, erkən qollar işimizi asanlaşdırdı. Hesabı 3-0 da edə bilərdik. Lakin “Qarabağ” bizi cəzalandırdı. Düşünürəm ki, istəyimizə çata bildik”.
 
Nainqqolan istədikləri kimi oynaaqdıqlarını bildirib: “İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Meydan şərtlərini və digər amilləri qeyd edə bilərəm. Önümüzə baxmalıyıq və daha yaxşı işlər görməliyik. Bir daha təkrar edirəm ki, 3 xal qazanmaq bizim üçün daha vacib idi. Bəlkə də Bakıya gələndə düşünürdük ki, rahat qalib gələcəyik. Ola bilər ki, nəyisə düzgün qiymətləndirməmişik. Ancaq əhəmiyyətli olan 3 xaldır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30