20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Rauf Əliyev: “Albaniyada belə bir iddiam var”

Albaniya çempionatında 3-ci turunun “Kukesi” - “Laçi” görüşü  həmyerlimiz Rauf Əliyev üçün əlamətdar olub. Meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda ilk qolu məhz Əliyev vurub.
 
Albaniya çempionatındakı ilk qolu ilə bağlı danışan Əliyev bunun davamını gətirmək fikrində olduğunu bildirib:
 
“Yaxşı oyun alındı, komandaya qol ilə kömək etdiyim üçün çox sevinirəm. Bu qol qarşıdakı matçlara hazırlaşmaq üçün əlavə stimul olacaq. Azərbaycanda son mövsümdə ən çox top vuran futbolçulardan biri mənəm. Albaniyada da belə bir iddiam var. Mən hücumçuyam, vəzifəm qol vurmaqdır. “Kukesi”də qollarımı sıralayıb, klubun uğurlarında pay sahibi olmaq niyyətimdir”.
 
Qeyd edək ki, Rauf Əliyev ötən mövsüm “İnter”in heyətində vurduğu 11 qolla Azərbaycan çempionatının bombardiri olub. 

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30