25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

"Olimpiakos"da yeni məşqçi

Yunanıstanın “Olimpiakos” futbol komandasının baş məşqçisi Besnik Hasi istefaya göndərilib.
 
Futbolxeber.az xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinə uğursuz nəticələr səbəbindən xitam verilib. Albaniyalı baş məşqçinin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son 3 oyununda qalib gələ bilməyib. Sonuncu turda isə "Olimpiakos" AEK-lə səfər matçında 2:0 hesabı ilə öndə olsa da, yekunda uduzub - 2:3.
 
Hazırda 8 xalla 4-cü pillədə qərarlaşan komandanın yeni baş məşqçisi də məlumdur. Bu, 4-cü dəfə “Olimpiakos”a rəhbərlik edəcək Takis Lemonisdir.
Qeyd edək ki, T.Lemonisin debüt matçı Çempionlar Liqasının II turuna təsadüf edəcək. “Olimpiakos” sentyabrın 27-də İtaliyada “Yuventus”un qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30