18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Roma" rəsmisi: "Qarabağ" üzərində qələbə qazanmaqla Tottiyə ad günü hədiyyəsi etmək istəyirik"

“Roma”nın baş icraçı direktoru Umberto Qandini  Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la oyunöncəsi açıqlama verib.
 
Futbolxeber.az xəbər verir ki, klub rəsmisi "Qarabağ"la oyunun onlar üçün önəmli olduğunu söyləyib: "Rəqib xüsusi komandadı. Avropa Liqası təcrübəsi var, "İnter”lə heç-heçə ediblər. Qrupun digər matçında “Atletiko” ilə “Çelsi” üz-üzə gələcətindən Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdir”.
 
Qandini sentyabrın 27-də 41 yaşı tamam olacaq klubun əfsanəvi futbolçusu Françesko Tottiyə hədiyyəni "Qarabağ"la görüşdə qələbə qazanaraq vermək istədiklərini deyib: “Qrupumuzda iki önəmli komandanın olması normaldır. Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların özləri arasında qarşılamalardan çox şey asılıdır. Bu səbəbdən də “Qarabağ”la matçlarda maksimum nəticə əldə etməliyik. Oyun günü Totttinin doğum günü olacaq və ona qələbə ilə hədiyyə etmək istəyirik”.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30